Ana səhifəAMEA Molekuyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi əsərləri toplusu sa sa

Cari ildə “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” məcmuəsinin (Transaction of the İnstitute of Molecular Biology and Biotechnologies, Azerbaijan NAS) 4-cü nömrəsi çapdan çıxıb. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 yanvar 2020-ci il tarixində 4282 saylı qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Dövri nəşrlərə qoyulan beynəlxalq normalara müvafiq olaraq 03 sentyabr 2020-ci il tarixdə jurnal üçün həm çap (print ISSN 2709-0744), həm də on-line elektron (E-ISSN 2709-0752) beynəlxalq standart seriya nömrələri (ISSN) alınmışdır. Jurnalın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına mürəciət olunmuşdur.