Ana səhifəElanlar sa sa 203
Azərbaycan Milli Elmlər Akademiyası və İtaliya Milli Tədqiqat Şurası birgə müsabiqə elan edir Apr 12, 2019 | 09:32

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2020-2021-ci illər üçün müsabiqə elan edilir.

Layihələr İtaliya Milli Tədqiqat Şurasının müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. AMEA və CNR tərəfindən birgə seçilmiş layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində İtaliyaya səfər xərclərinin ödənilməsinə sərf ediləcəkdir.  

 İtaliya tərəfindən iştirak edə biləcək elmi müəssisələr haqqında məlumatı aşağıda göstərilən linkdən əldə etmək mümkündür: https://www.cnr.it/en/institutes Research institutes | Consiglio Nazionale delle Ricerche www.cnr.it

CNR tərəfdən əlaqələndirici şəxs:

Antonella Guidi

CNR- Office for European and International Relations

antonella.guidi@cnr.it

+39 06 49933977

Layihə təklifləri üçün ərizə forması

http://bei.science.gov.az/uploads/Layihalar/Application_Form_CNR_2019.pdf

yüklənə bilər.  

Layihə təklifləri 12 aprel 2019-cu il tarixindən 28 iyun 2019-cu il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir