Ana səhifəElanlar sa sa 54
Beynəlxalq əlaqələr idarəsi vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir Sen 04, 2019 | 10:10

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yer quruma aparıcı mütəxəssis-tərcüməçi vəzifəsinə 2 yerdir.

Müsabiqədə ingilis və ya fransız dilini mükəmməl bilən mütəxəssislər iştirak edə bilərlər. Sinxron tərcümə bacarığı olan mütəxəssislərə üstünlük veriləcəkdir.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 1 oktyabr 2019-cu il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim edilməlidir.

Əmək haqqı razılaşma yolu ilə nəzərdə tutulur.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 30

Tel.: (994 12) 492 34 46

Email: esmira.alirzayeva@science.az

www.science.gov.az