Ana səhifəElanlar sa sa 3318
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün layihə müsabiqəsi elan edilir Sen 07, 2019 | 12:19

Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni layihə müsabiqəsi elan edib.

Tibb, biomüxtəliflik, şəhər-kənd sistemləri, sosial-ekoloji tədqiqatlar, rəqəmsallaşma, biliklərin transferi sahələri üzrə layihələr 200 000 avro həcmində maliyyə dəstəyi ala bilər.

Qeydiyyat üçün son tarix noyabrın 28-dir.

Layihələr partnyor alman təşkilatı tərəfindən təqdim edilməlidir.

Müsabiqə haqqında ətraflı məlumatı https://www.bmbf.de rəsmi internet səhifəsindən əldə etmək olar.