Ana səhifəElanlar sa sa 2956
“Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə keçiriləcək Sen 24, 2019 | 16:28

AMEA-nın Mikrobiologiya İnstitutu 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar V-XI sinif şagirdlər arasında “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə elan edir.

Müsabiqədə məktəblilərin bakteriya və göbələklərin (makroskopik və ya mikroskopik) zərərli və faydalı xüsusiyyətləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyətinə dair əl işləri (rəsm, tikiş, maket, konstruktiv qurğu və s.) qəbul ediləcək.

Qalib şagirdlər aşağıdakı formada təltif olunacaq:

- Birinci yerin qalibi diplom və pul mükafatı, müəllimi diplom;

- İkinci və üçüncü yerin qalibi olan şagird diplom və pul mükafatı, müəllimi diplom;

- Bir nəfərə həvəsləndirici diplom;

- Əl işləri xüsusi seçilən digər şagirdlərə isə sertifikatlar veriləcək.

Müraciətlər noyabrın 1-dək qəbul olunacaq.

Tel.: (+994 12) 502 44 70.

www.science.gov.az