Ana səhifəElanlar sa sa 2921
Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir Noy 28, 2019 | 09:52

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Ünvan: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. 

Telefon: (+994 12) 492 83 29.

E-mail: nk@cabm in.gov.az

www.science.gov.az