Ana səhifəElanlar sa sa 2874
Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib Yan 21, 2020 | 16:46

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək.

Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.

www.science.gov.az