Ana səhifəElanlar sa sa 2662
İslam inkişaf Bankı tərəfindən (İİB) 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edilmişdir. Fev 18, 2020 | 09:26

İslam inkişaf Bankı tərəfindən (İİB) 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edilmişdir.

Proqram çərçivəsində Azərbaycanda ən qabaqcıl universitetlərin birində bakalavr, magistr, doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda peşə təhsilinin alınması və təlimlərin keçirilməsi üçün İİB-na birbaşa müraciət edilə bilər. İİB tərəfindən prioritet sayılan təhsil sahələri yerli universitetlərdə olmadığı təqdirdə, tələbələr İİB-in üzv ölkələri və universitetlərində təqaüd proqramı ilə təhsil ala bilərlər. 

Sözügedən Proqram haqqında ətraflı məlumatı İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar. Maraqlı olan şəxslər 28.02.2020-ci il tarixinədək İİB-in rəsmi saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidir.

Proqramda iştirak etmək üçün müraciət etmiş şəxslər barədə məlumatın AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinə təqdim olunması xahiş olunur.

Hörmətlə,                                                              

AMEA Rəyasət Heyəti aparatı

Xarici əlaqələr idarəsinin rəisi,

biologiya üzrə fəlsəfə doktoru                                                                                                  Esmira Əlirzayeva