Ana səhifəBeynəlxalq qrant layihələri sa sa

Project code: #6412

Azərbaycan populyasiyası genefondunun Y-xromosomun STR markerləri əsasında tədqiqi: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) (Science and Technology Center in Ukraine, STCU) birgə layihəsi. Rəhbər b.ü.f.d., dos. Nurməmməd Mustafayev

Xəzər dənizində çirklənmənin heyvanların bəzi növlərinə təsirinin molekulyar-genetik tədqiqi: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Ukrayna Elm və Texnologiyalar Mərkəzinin (Science and Technology Center in Ukraine, STCU) birgə layihəsi. Rəhbər AMEA-nın müxbir üzvü İlham Şahmuradov 

Molekulyar quruluşların saflaşdırma və yoxlanılma metodları: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu. Rəhbər Professor Qərib Mürşüdov

Fotosintez prosesinin biomimetik modelləri əsasında süni günəş enerjisi çərçivəsinin işlənib hazırlanması: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə REA Biologiyanın Fundamental Problemləri İnstitutu, REA K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun birgə layihəsi. Rəhbər Biologiya elmləri doktoru Süleyman Allahverdiyev 

Phalaenopsis genotiplərində CAM fotosintezin biokimysina temperaturun, işıq intensivliyinin və spektrinin  təsirinin öyrənilməsi: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu. Rəhbər Dr Ir. Wim van Ieperen

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə molekulyar-genetik, hüceyrə biotexnologiyası və proteomiks yanaşmalar tətbiq olunmaqla buğdanın quraqlığa və duza davamlılığının yaxşılaşdırılması: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Cənubi Koreyanın (Pusan National Universtity) birgə layihəsi. Rəhbər Akademik İradə Hüseynova

Bois noir” və “Grapevine leaf roll” patogenlərinin bitkilərə təsirinin molekulyar mexanizmləri və davamlılığı induksiya edən agentlərin bərpa effektlərinin tədqiqi: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Botanika İnstitutu, Bakı Dövlət Universiteti, Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Bordo Elmi-Tədqiqat Mərkəzi. Rəhbər Akademik İradə Hüseynova

Azərbaycanda tərəvəz bitkilərində xəstəlik törədən təhlükəli virus və fitoplazmalar və onların həşərat vektorlarının yeni molekulyar və seroloji metodlarla tədqiqi: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə ” Fransa Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun (INRA- Bordo, INRA-Avignon) birgə layihəsi. Rəhbər Biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva

Azərbaycanda gövdə pası törədicisinin genetik müxtəlifliyinin öyrənilməsi və yerli genotiplərdə davamlılıq genlərinin identifikasiyası: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə AMEA Botanika İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Minnesota Universiteti Kənd Təsərrüfatı Departamenti Bitki xəstəlikləri laboratoriyası, ABŞ İtaliya Milli Tədqiqat Şurası, Davamlı Bitki Mühafizəsi Institutunun Florensiya şöbəsi, İtaliya birgə  layihəsi. Rəhbər Biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova