Ana səhifəBitki biotexnologiyası laboratoriyası sa sa

Struktur bölmənin adı:

Bitki biotexnologiyası laboratoriyası

Tel.:

(+994 12) 538 11 64

Faks:

(+994 12) 510 24 33 

Elektron poçtu:

pbiotechnologylab@imbb.science.az

Struktur bölmənin rəhbəri:

Biologiya üzrə fəlsəfə doktoru Mahirə Heybət qızı Məmmədova

Əməkdaşları:

b.ü,f,d.,dos.  aparıcı elmi işçi Sədaqət Şirməmməd qızı Əsədova

kiçik elmi işçi  Elnarə Etibar qızı Sadıqova

kiçik elmi işçi Günay İlman qızı İsmayılova

kiçik elmi işçi Aygün Ağaverdi qızı Sadıqova

böyük laborant Həcər Kamil qızı Həsənova

Əsas fəaliyyət istiqamətləri:

Taxıl bitkilərində in vitro embriogenez və morfogenez induksiyasının fundamental  əsaslarının  öyrənilməsi

Zəfəranın (Crocus S. L) çoxalma texnologiyasının  hazırlanması. .

Aborigen  Şirvan–Şahi  üzüm sortu  nümunəsində  nadir və nəsli kəsilməkdə olan bitki növlərinin populyasiyasının mikroklonal  çoxaldılması  texnologiyasının işlənib hazırlanması və inkişaf edilməsi .

Hüceyrə seleksiyası. İn vitro üsullardan  istifadə etməklə  abiotik stresslərə qarşı  yüksək  adaptiv qabiliyyətli    və rezistent  formaların alınması.

Azərbaycan seleksiyasının bəzi kommersiya məqsədli qızılgül (Rosa L.) sortlarının mikroklonal çoxaldılması.

Əsas elmi nəticələri:

Hüceyrə mühəndisliyi üsulu ilə yetkin və yetişməmiş rüşeym hüceyrələrindən buğda bitkisinin rekonstruksiyası.

Duz stresində in vivo və in vitro tam orqanizm və hüceyrə səviyyəsində bitkilərin realizə olunan adaptiv reaksiyaları aşkar edilmişdir, adaptasiya prosesinində osmoprotektorların siqnal sisteminin elementi kimi prolinin  toplanma dinamikası, siqnal sisteminin qeyri spesifik reaksiyaları, qeyri spesifik reaksiyaların ilkin və adaptiv davamlılığa təsir dərəcəsi öyrənilmişdir. Hüceyrə, toxuma və intakt bitki orqanlarının ümümi davamlılığda payı təyin edilmişdir.

Genotiplərin normal və duz şəraitində yetişdirilmiş bitki yarpaqlarında və kalluslarında NaCl duzunun zülal kompleksinə təsiri  elektroforez metodu ile öyrənilmişdir. Duz və normal şəraitdə yetişdirilən kallusdan alınan fraksiyaların müqaisəli analizi göstərmişdir  ki, normal şəraitdə 45 -50 kD ölcüdə  olan zülal duz şəraitində həddən artıq zəif ekspressiya olunur və duz şəraitində normal bitki üçün xarakterik olmayan böyük ölçülü (~ 85 – 90kD) yeni bir zülal spektri aydın müşahidə edilmişdir.

Buğdanın in vitro  təcrid olunmuş yetişməmiş rüşeym  kulturasında adaptasiya  mexanizmlərində etilen biogenezinin rolu öyrənilmişdir

Təcrid olunmuş buğda hüceyrələrinin temperatura qarşı adaptasiya  qabiliyyətləri öyrənilmişdir.

Ana  bitki üzərində  tənəffüs - qazlar  mübadiləsinin  təyin olunması üçün  qaz xromatoqrafiya   üsulu işlənib hazırlanmışdır və ardıcıl olaraq bir nümunədən qaz-maye və qaz-adsorbsiya  xromatoqrafiyasından    istifadə edərək,  karbohidratlar   və aşağı temperaturda qaynayan  qazlar  ayrılmışdır.

Tütün bitkisinə yad genlər  köçürülmüş və kanamisinə davamlı marker xassəli transgen bitkilərin rekonstruksiyasıhəyata keçirilmişdir.

Sənaye istehsalında köklü əkin materialının alınmasının  həyata keçirilməsi üçün üzümün 10 qiymətli süfrə sortlarının in vitro klonal  çoxaldılma  texnologiyası işlənib hazırlanmışdır.

Jenşenin  (Panax Ginsenq ) təcrid olunmuş hüceyrə kulturası alınmışdır. Yanıqlar üçün regenerativ potensialı stimullaşdırmaq və stafilokok infeksiyasının qarşısını almaq üçün yüksək farmakoloji aktivliyə malik ştamm əldə edilmişdir.

Hormonal amillərin tətbiqi ilə üzüm tənəyinin birgözlü çilinglərlə sürətli çoxaldılması  texnologiyası  işlənib hazırlanmışdır. Texnologiya praktiki tətbiqini tapmışdır.

Bitkilərdə stresin təsirinin artan  qradientində rezistentlik və  adaptivlik dərəcəsini   aşkar etməyə imkan verən aqaraponika becərilmə sistemi işlənib hazırlanmışdır.

Zəfəranın (Crocus S. L ) biotexnoloji çoxaldılması texnologiyası  işlənib hazırlanmışdır. İn vitro şəraitdə soğanaq kəsiklərindən morfogenezin induksiyası yolu ilə orqanogenez mərhələsində temperatur qradientinin istifadəsi ilə bir sınaq şüşəsində 10-dan 25-dək soğanaqlar alınmışdır. Zəfəranın (Crocus S. L ) Abşeron populyasiyasının öyrənilməsi strategiyası işlənib hazırlanmışdır.

Aborigen Şirvan-Şahi üzüm sortunun  genofondunun saxlanılması, populyasiyasının bərpası və biotexnoloji çoxaldılma texnologiyası işlənib hazırlanmışdır. İlk dəfə olaraq Şirvan-Şahı üzüm bitkisinin endogen mikroflora ilə kolonizasiyasının azaldılması üçün antibiotik qrupları öyrənilmişdir. İn vitro  şəraitdə kimyəvi terapiya tədqiqatları üçün konsentrasiya asılılıqlarının müəyyən edilməsi məqsədi ilə antibiotiklər seçilmiş və onların in vivo şəraitdə Şirvan-Şahı üzüm sortunun böyümə proseslərinə toksiki təsir səviyyəsi öyrənilmişdir.