Ana səhifəMolekulyar biomühəndislik laboratoriyası sa sa

Struktur bölmənin adı:

Molekulyar biomühəndislik laboratoriyası

Tel.:

(+994 12) 436 90 05

Faks:

(+994 12) 510 24 33 

Elektron poçtu:

molecbioenglab@imbb.science.az

Struktur bölmənin rəhbəri:

AMEA-nın müxbir üzvü, professor Tərlan Həzərpaşa oğlu Məmmədov

Əməkdaşları:

kiçik elmi işçi Aysu-Şövkət Məhəmməd qızı Həsənova

kiçik elmi işçi Aytac İsmayıl qızı Mürşüdzadə 

kiçik elmi işçi Günay İzəddin qızı Zəkiyeva

Əsas fəaliyyət istiqamətləri:

Terapevtik və sənaye əhəmiyyətli rekombinant zülalların və fermentlərin biomühəndislik yolu ilə yaşıl bitki yarpaqlarında sintezinin/istehsalının işlənib hazırlanması və tətbiqi.

Əsas elmi nəticələri:

COVID-19 koronavirüsünə qarşı bir neçə terapevtik hədəf, peyvəndlər, terapevtik protein, və inhibitorlarbitkilerde  ugurla sintez edilmiş və hazırlanmışdır.

 

Ilk dəfə olaraq Endo H enzimatik texnologiyasından istifadə edərək  malyariyaya qarşı ən aparıcı peyvənd namizədlərdən biri olan Plasmodium Falciparumun  tam uzunluglu Pfs48/45 proteinini funksional aktiv halda bitkilerde ugurla sintez edilmiştir.

 

İlk dəfə olaraq, Endo H enzimatik texnologiyasından istifadə edərək bitkilərdə  aşagi maliyetli və ən yüksək dərəcədə immunogen, stabil və təhlükəsiz bir qarayara peyvəndi ugurla sintez edilmişdir.

 

İlk dəfə hədəf zülalların bakterial Endo H fermenti ilə birlikdə ko-ekpresiya edilməsi ilə güclü bir texnologiya işlənib hazirlandi ki bu da  bitkilərin yarpaqlarında bir sıra qiymətli rekombinant zülalların (peyvəndlər, terapevtik zülallar, insan ve sanaye fermentlər, toksinler vəsairə) deqlikozillənmiş formada və zülalda amin turşusu dəyişikliyi baş verməden sintezinə imkan verdi. Bu texnologiyadan istifadə edərək qarayara (insan və baytarlıq məqsədi ilə) və malyariya (insan istifadəsi üçün) peyvəndləri yaşıl bitki yarpaqlarında uğurla sintez edilmişdir.

İlk dəfə olaraq, bitki sistemi daxil olmaqla eukariotik sistemlərdə qlükansız zülal sintezini təmin edən ekspressiya sistemi texnologiyası işlənilib hazırlanmışdır. Bu texnologiya çox mühüm va çətin expressiya olunan mürəkkəb zülal antigenlərin, vaksinlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaratmışdır.

İlk dəfə olaraq, karbon qazı fiksasiya edən yaşıl yosun orqanizmlərində 1,4 qalaktoza ilə birləşmiş sialik turşu qalığından ibarət glyko-zülalların mövcudluğu kəşf edilmişdir. Fototənəffüsün əsas fermenti olan Fosfoqlikolatfosfataza fermenti ilk dəfə olaraq eukariotik orqanizmdən təmiz halda alınmış və bu da fermentin gen quruluşunu ilk dəfə açmağa və başqa orqanizmlərdə o cümlədən insanda müəyyən etməyə imkan vermişdir.

C. reinhardtii yaşıl yosununda C4 fotosintezin açar fermenti olan PEP-karboksilazanın yeni genləri və katalitik subvahidləri aşkar edilmişdir.

Dünyada ən sürətli sintetik gen sintez edən biotexnologiya işlənilib hazirlamışdır.

İlk dəfə olaraq yuksək quanizin/sitozin tərkibli DNT-lərin müvəffəqiyətli amplifikasiyası üçün annealing vaxtın mühümlüyünü müəyyən etmişdir.

İlk dəfə olaraq, karboanhidraza fermenti Cicer arietinum bitkisindən təmizlənərək xarakterizə olunmuş, ilk dəfə olaraq kristal şəkildə alınaraq elektron mikroskop ilə tədqiq edilmiş və fermentin oktamer quruluşa malik olması sübut edilmişdir.