Ana səhifəƏsas elmi istiqamət sa sa

Elmi fəaliyyət istiqamətləri:

Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi; Bitkilərin ətraf mühitin stres amillərinə cavab reaksiyalarının molekulyar-genetik və proteomik tədqiqi; Hüceyrə və molekulyar biotexnologiyalar yolu ilə kənd təsərrüfatı, insan sağlamlığı, sənaye, təbii ekosistemlərin qorunması və səmərəli istifadəsi problemlərinin həlli yollarının araşdırılması; Makromolekulların üçölçülü quruluş modellərinin statistik analizi və validasiyası; İnsan, bəzi heyvan və bitki genomlarının funksional təşkilnin tədqiqi; Azərbaycan populyasiyasının və geniş yayılmış bəzi xəstəliklərin molekulyar-genetik tədqiqi, biobankların və məlumat bazalarının yaradılması.

Əsas elmi nəticələr:

  • Vaskular bitkilərdə enerji asılı xlorofil flüoresensiyasının qeyri-fotokimyəvi sönməsinə  oksigenin təsir mexanizmi aydınlaşdırılıb;
  • Virus genomunun RdRp və Nib-zülallarının C-sonluğuna və kapsid örtük CP-zülalın N-sonluğuna spesifik praymer cütləri ilə sintez olunmuş  amplifikasiya məhsullarının sekvens analizləri nəticəsində ilk dəfə olaraqyemiş (Cucumis melo) bitkisində Watermelon mosaic virus (WMV) identifikasiya edilib və WMV izolyatlarında G2/G1 qruplararası  rekombinasiyanın olması müəyyən edilib; 
  • Azərbaycanda ilk dəfə üzüm bitkisində ’CandidatusPhytoplasma solani’ fitoplazma növünün təhlükəli ‘Bois noir’ xəstəliyi törətməsi müəyyən edilib və bu fitoplazma izolyatlarının genetik müxtəlifliyinin multilokus sekvens analizi nəticəsində stamp geninə əsasən elm üçün yeni 4 genotip aşkar edilib; mtCOI mitoxondri markeri vasitəsilə barkodlaşdırılma əsasında dünyada ilk dəfə bu patogeninin Reptalus noahi həşəratları ilə yayılması müəyyən edilib; 
  • Nöqtəvi atom ətrafında elektron sıxlığının pik qiymətləri nisbətindən istifadə etməklə zülal quruluşlarında yanlış yerləşdirilibmiş və ağır atomların aşkarlanması alqoritmi işlənilib hazırlanıb; 
  • Bitkilərin RNT polimeraza II promorlarının axtarışı üzrə daha yüksək dəqiqliyə malik yeni TSSPlant kompüter proqramı yaradılıb; 
  • İlk dəfə olaraq Azərbaycanın neftlə çirklənmiş torpaqlarının mikrofaunası antimikrob fəallıq üçün təhlil edilərək Staphylococcus aureusEnterococcus faecalisvə Acinetobacter baumannii kimi təhlükəli Qram-müsbət və Qram-mənfi patogenlərə qarşı yüksək və stabil aktivliyə malik AZ-130 ştamı aşkar edilib; 
  • Bitkilərdən ekstraksiya olunmuş fotosintetik komplekslərdən fotosensibilizator kimi istifadə edilməklə, TiO2 əsaslı günəş batаreyaları hazırlanaraq elektik cərəyanı əldə edilib və onların elektrokimyəvi xassələri müqayisəli öyrənilib.