sa sa 1489
“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı işıq üzü görüb Noy 06, 2020 | 18:47 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 20-ci nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi yer alıb.

Mətbu orqanın növbəti səhifələrində Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarı, AMEA Rəyasət Heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılması nəzərdə tutulan elmi tədqiqat işlərinə həsr olunmuş iclası və həmin tədbirdə qəbul edimiş qərarlar, akademiklər İsa Həbibbəyli, Validə Əlizadə, tarix elmləri doktoru Qasım Hacıyev və fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun ordumuza dəstək açıqlamaları, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının iclası, yeni nəşrlər, elmi yeniliklər və digər xəbərlər əksini tapıb.

Eyni zamanda, nəşrdə “Könlüm keçir Qarabağdan”, “Nizami Mueyinin müasir elmi şəkli”, “Elm, texnologiya və sahibkarlığın vəhdəti” sərlövhəli məqalələr, “Qarabağ Azərbaycandır!” layihəsi və s. məlumatlar oxuculara təqdim olunur.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

science.gov.az