sa sa 83
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Böyük Qələbəmiz münasibətilə tədbir keçirilib + Foto ,Video Noy 10, 2020 | 18:11 / Tədbirlər

Noyabrın 10-da Molekulyar Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Böyük Qələbəmiz münasibətilə tədbir keçirilib. Əvvəlcə Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan  AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik İradə Hüseynova bildirib ki, bu gün tarixi gündür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlayıb. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında olan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, yüzlərlə kənd, çoxsaylı strateji yüksəkliklər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Azərbaycan xalqı bir daha bütün dünyaya sübut edib ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar və bu bəyanata görə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.

Daha sonra AMEA-nın müxbir üzvü İ.Əzizov, İnstitutun elmi işlər üzrə direktor müavini Ə.Məmmədov, ümumi işlər üzrə direktor müavini N.Allahverdiyev, birinci Qarabağ müharibəsinin iştirakçısı Ş.Məmmədov, gənclər adından A.Mirzəyeva, G.Əlibəyova və b. qazanılan tarixi Qələbə münasibəti ilə başda Ali baş Komandan İlham Əliyev cənablarına, Müzəffər Azərbaycan Ordusuna öz minnətdarlıqlarını bildirərək alimlərimizin Qarabağın bərpası prosesində də eyni əzmlə, iradə ilə iştirak edəcəklərinə söz veriblər.

Tədbir Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır! şüarları ilə başa çatıb.