sa sa 79
MBBİ-nin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi ET Əkinçilik İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar + Foto Noy 13, 2020 | 16:37 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı, Hüceyrənin membran sistemləri laboratoriyasının aparıcı elmi işçisi Durna Əliyeva Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi payızlıq səpini çıxımlarına nəzarət etmək və laboratoriya şəraitində elmi tədqiqatların aparılması məqsədilə buğda toxumlarının əldə olunması olmuşdur. Ezamiyyə zamanı təcrübə taxıl sahələrində müxtəlif nəzarət pitomniklərində monitoriqlər aparıldı, buğda cücərtilərinin çıxım səviyyəsi yoxlanıldı. Laboratoriyada süni iqlim kamerasında əkilməsi məqsədilə toxumlar seçilərək instituta gətirildi. Toxumların stress və nəzarət variantlarında əkilərək müqayisəli analizinin aparılması planlaşdırılır. Bioadaptasiya laboratoriyasında ilk olaraq stresə davamlılıqda əsas rol oynayan antioksidant müdafiə sistemi komponentlərinin miqdarı, antioksidant fermentlərin fəallığı və izoferment tərkibi tədqiq ediləcəkdir.