sa sa 34
“Elm” qəzetində Qarabağ zəfərimizin tarixi önəminə dair bir çox məqalə yer alıb Noy 20, 2020 | 11:06 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə 2020-ci ildə 22-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə məlumat yer alıb.

Mətbu orqanın növbəti səhifəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbənin siyasi, tarixi və ideoloji əhəmiyyəti" sərlövhəli məqaləsi, eləcə də AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Erməniləşdirilən toponimlərə Azərbaycan adlarının qaytarılması işlərinə hazırlıq" və AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin "Kosmik informatika üzrə yüksəkixtisaslı kadrların hazırlanması"na dair açıqlamaları, yeni təyinat, eləcə də akademiyanın elmi müəssisə və təşkilatlarında Qarabağ savaşında əldə edilən qələbənin qeyd edilməsi haqqında materiallar oxuculara təqdim olunur.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin "Vikipediya"da yaratdığı yeni məqalələr", həmçinin "Alimlər Böyük Qayıdışa hazırlaşırlar", "Tarixi zəfər", "Zəngilandan uşaq vaxtı çıxdılar, indi mütəxəssis kimi qayıdacaqlar", "Görkəmli elm və din tədqiqatçısı İan Barbur", "70 yaşın zirvəsində: Əsil alim və ziyalı ömrü", "Milli dirçəlişdən müasir inkişafa aparan yol" sərlövhəli yazılar və yeni nəşrlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində "Торжество справедливости", "В рамках великого победного марша", "Освобождение", "Восьминогие солдаты" sərlövhəli məqalələr və digər maraqlı materiallar yer alıb.

science.gov.az