sa sa 1687
C4 bitkilərin metabolizmində və inkişafında rol oynayan yeni membran zülalları mövzusunda onlayn elmi seminar keçirilib + Foto Noy 23, 2020 | 17:58 / Seminarlar

Noyabrın 23-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda onlayn elmi seminar keçirilib. Seminarda Hüceyrənin Membran Sistemləri laboratoriyasının elmi işçisi Nahidə Əliyeva C4 bitkilərin metabolizmində və inkişafında rol oynayan yeni membran zülalları mövzusunda çıxış edib. N.Əliyeva yüksək ayırıcı qabiliyyətə malik2- ölçülü gel elektrofarez metodu ilə C4 -bitkilərdə aşkar edilən yeni 37 membran zülalları haqqında məlumat verib. Bu zülalların C4 bitkilərin (NADF-ME, NAD-ME və FEP-KK subtiplər) metabolizmində mümkün rolu gostərilib. Eyni zamanda məruzəçi zülal siyahılarını əhəmiyyətli etmək üçün bioinformatikanın proqnozlarını xarakterizə etməklə ən son elmi məlumatları nəzəzrə çatdırıb. Sonda məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.