sa sa 1851
İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işləri üzrə hesabatlarına başlanılıb + Foto Noy 25, 2020 | 15:33 / Konfranslar, iclaslar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda Fotobioenergetika, Xloroplastların fotokimyası laboratoriyalarının, həmçinin Təhsil şöbəsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Məruzəçilər – AMEA-nın müxbir üzvü İbrahim Əzizov və biologiya elmləri doktoru Yaşar Feyziyev laboratoriyaların il ərzində apardıqları elmi-tədqiqat işləri, beynəlxalq konfrans və seminarlarda iştirakı, əldə etdikləri mühüm nəticələri, çap işlərini, kadr hazırlığını şura üzvlərinin diqqətinə çatdırıblar. Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova 2019/2020-ci tədris ilində İnstitutun doktoranturasına, dissertanturasına və magistraturasına yeni qəbulun nəticələri, həmçinin təhsilini başa vurmuş doktorant, dissertant və magistrlar haqqında, yay və qış imtahan sessiyalarının nəticələri barədə, xaricdə təhsil alan tələbələr haqqında məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra məruzəçilər hesabat məruzələri ətrafında şura üzvlərinin suallarını cavablandırıblar. Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Novruz Quliyev, biologiya elmləri doktoru Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov çıxış edərək hesabatları dinlənilən şöbə və laboratoriyaların işlərini müsbət qiymətləndiriblər. Beləliklə, İnstitutun Fotobioenergetika, Xloroplastların fotokimyası laboratoriyalarının və Təhsil şöbəsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları yekdilliklə qəbul olunub.