sa sa 1448
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Noy 27, 2020 | 15:01 / Nəşrlər

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən AMEA Rəyasət Heyətinin həftəlik nəşri “Elm” qəzetinin bu il 23-cü nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqımıza müraciəti yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA alimlərinin hazırladığı su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsinin müzakirəsi, AMEA Rəyasət Heyətinin bəyanatı, akademiyanın Rəyasət Heyətinin nəzdində Albanşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı keçirilən iclas, alimlərimizin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında oynadıqları mühüm rol, Mərkəzi Elmi Kitabxananın yeni direktorunun kollektivə təqdimatı, Azıx mağarasına aid arxeoloji tapıntıların Bakıya gətirilməsi və s. haqqında materiallar oxuculara təqdim olunur.

Bundan əlavə, "Elmimizdə Mirzə Kazım bəy ənənələrinin görkəmli davamçısı", "Zirvədən dünyaya səslənən Azərbaycan", "28 illik dinməyən göz yaşları", "Bizim zəfər yürüşümüz" sərlövhəli məqalələr, yeni nəşrlər və digər xəbərlər də qəzetin bu sayında yer alıb.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində "Оценивая, охраняя, еффективно используя", "Совершить прорыв", "Ценные летописи", "Война будущего", "Учмуаззин - читающие Коран" sərlövhəli məqalələr və digər maraqlı materiallarla tanış ola bilərsiniz.

science.gov.az