sa sa 1693
“Bitki tilakoid membranında fotosintetik komplekslərin dinamik təşkili” mövzusunda onlayn seminar keçirilib + Foto Noy 30, 2020 | 19:10 / Seminarlar

30 noyabr 2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarda Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva “Bitki tilakoid membranında fotosintetik komplekslərin dinamik təşkili” mövzusunda məruzə edib. Məruzəçi ətraf mühitin, xüsusən işıq intensivliyin dəyişməsi zamanı bitki tilakoid membranının dinamik funksiyasında LHCII və PSII nüvə zülal fosforlaşmasının rolunu açıqlamış və bu sahədə olan ən son nailiyyətlər haqqında məlumat vermişdir. Seminar çərçivəsində mövzunun əsas elmi yenilikləri müzakirə edilmiş, problemlər və təkliflər diqqətə çatdırılmışdır.