sa sa 2911
Abdullayeva Gülnar Türkiyədə ezamiyyətdə olmuşdur + Foto İyl 16, 2018 | 15:01 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük laborantı Abdullayeva Gülnar Rizvan qızı 2-5 iyul 2018-ci il tarixlərində Türkiyənin Nevşehir şəhərində keçirilən 7-ci Molekulyar Biologiya və Biotexnologiya üzrə Milli Konqresdə iştirak etmişdir. Tədbir Nobel Elm və Araşdırma mərkəzi, Kastamonu Universiteti tərəfindən Suhan Kapadokya otelində keçirilmişdir. Nəcməddin Erbakan Universitetində Fənn fakültəsinin dekanı, prof. Dr. Mehmet Karataş tədbiri açıq elan edərək, iştirakçıları salamlamış və bu tədbirin əhəmiyyətini vurğulamışdır. Gülnar Abdullayeva "Funksiyonel markörlerle ekmeklik buğday genotiplerinin D genomu için Dreb1 geninin taranması" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış konqres iştirakçılarının böyük marağına səbəb olmuşdur. Gülnar Abdullayeva sertifikata layiq görülmüşdür.