sa sa 1472
Zoologiya İnstitutunda cari ildə bir sıra uğurlar əldə olunub Dek 17, 2020 | 18:21 / Konfranslar, iclaslar

AMEA-nın Zoologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan illik hesabat iclası keçirilib.

Onlayn formatda təşkil olunan iclasda müəssisənin direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov hesabatı təqdim edib. O, 2020-ci ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 36 elmi tədqiqat işinin yerinə yetirildiyini, 9 mövzu, 34 iş və 36 mərhələnin yekunlaşdığını, nəzərdə tutulan tədqiqat işlərinin tam həyata keçirildiyini diqqətə çatdırıb. 

Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 62 məqalə, 24 tezis, 1 kitab və 1 monoqrafiyanın (xaricdə) hazırlandığını, onlardan 49 məqalə və 15 tezisin xarici jurnallarda nəşr edildiyini vurğulayıb. Bu məqalələrdən 17-nin “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən Ələddin Eyvazov institut əməkdaşlarının elmi əsərlərinə istinadlar olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Məlumat verib ki, il ərzində əməkdaşların çoxillik tədqiqatlarının nəticəsi olaraq “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı çapdan çıxıb.

Ələddin Eyvazov hesabat ilində imzalanan müqavilələr, qrant layihələr, planlar və perspektivlər haqqında da ətraflı danışıb. O, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, elmi araşdırmaların uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.

Yekunda akademiklər - İradə HüseynovaValidə Əlizadə, AMEA-nın müxbir üzvləri – Tofiq MəmmədovPənah Muradov, biologiya elmləri doktorları - Vahid Fərzəliyev, İlham Ələkbərov, Elşad Əhmədov, Şaiq İbrahimov, Qiyas Quliyev və digərləri müəssisənin il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək, rəhbərliyə və əməkdaşlara tövsiyələrini bildiriblər.

science.gov.az