sa sa 2377
İnstitutun elmi işçisi Məsməliyeva Rəfiqə Rusiya Federasiyasının Novosibirsk Akadem-şəhərciyində ezamiyyətdə olmuşdur + Foto Avg 27, 2018 | 09:43 / Ezamiyyətlər

Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə Çingiz qızı  14-25 avqust tarixlərində   Rusiya Federasiyasının Novosibirsk Akadem-şəhərciyində ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində Rəfiqə Məsməliyeva Novosibirsk Dövlət Universitetində keçirilən Genom tənzimlənməsinin bioinformatikası və Sistem/Struktur biologiyasının 11-ci beynəlxalq multi-konfransında iştirak etmişdir. Konfrans zamanı Rəfiqə Məsməliyeva “Makromolekulyar B kəmiyyətlərinin statistik analizi” mövzusunda poster təqdimatı yerinə yetirmişdir. Təqdim edilmiş tədqiqat işi və alınan nəticələr konfrans iştirakçılarının diqqətini cəlb etmişdir. Konfransı zamanı Məsməliyeva Rəfiqə Çingiz qızı “Genomiks, Transkriptomiks və Bioinformatika”, “Genetika və Molekulyar biologiya”, “Kognitiv elmlər – genomiks və bioinformatika”, “Sistem Biologiyası və Tibb”, “Yaşlanmanın sistem biologiyası”, “Hesablama sistem biologiyası”, “Bitkilərin bioinformatikası və sistem biologiyası”, “Sistem biologiyasında inteqrativ bioinformatika və verilənlərin analizi”, “Hesablama tibbi – bu günü və sabahı”, “Heyvan genetikası”, “Proteomiks”, “Biogenetik təkamül”, “DNT reparasiyasının sistem biologiyası və proqramlaşdırılmış hüceyrə ölümü” seksiyaları üzrə bir sıra maraqlı məruzələr dinləmiş, yuxarıdakı istiqamətlər üzrə Rusiya və dünya alimlərinin əldə etdikləri ən son elmi yeniliklər haqqında məlumatlar əldə etmişdir.

Rəfiqə Məsməliyeva ezamiyyət müddətində Rusiya Federasiyasının Elmlər Akademiyasının Novosibirsk bölməsinin Sitologiya və Genetika İnstitutunun direktoru Aleksey Koçetov və institutun digər əməkdaşları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmişdir. Sitologiya və Genetika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.