sa sa 1364
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərlərinin növbəti sayı çapdan çıxıb Dek 24, 2020 | 15:06 / Nəşrlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərlərinin növbəti IV cildi ənənəvi olaraq ingilis dilində nəşr olunub.

Jurnalın bu sayında İnstitutun müxtəlif laboratoriyalarında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən 15 məqalə dərc edilib. Çap olunan hər bir məqalə üçün beynəlxalq normativlərə uyğun olaraq rəqəmsal obyekt identifikatorları (Diqital object identifier, DOI) alınıb.

Qeyd edək ki, bu il jurnal üçün həmçinin Print (2709-0744) və Online (2709-0752) Beynəlxalq Standart Serial Nömrələri (ISSN, International Standard Serial Number) də alınıb.

science.gov.az