sa sa 1447
“Elm” qəzetinin yeni sayında sanballı məqalələr yer alıb Dek 25, 2020 | 15:31 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 27-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfərləri yer alıb.

Nəşrin növbəti səhifələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AMEA Rəyasət Heyətinin təbrik məktubu, Çin Elmlər Akademiyasının professoru Çunli Bainin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ünvanladığı məktub, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yeni rəhbərliyinin təqdimatı, Humanitar Elmlər, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin onlayn hesabat iclasları, AMEA-nın elmi müəssisə və təşkilatlarının “YAŞAT” fonduna köçürdükləri ianələr haqqında məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Prezident İlham Əliyev - Azərbaycan xalqının arzularını reallaşdıran lider”, “Qarabağda seysmoloji tədqiqatların yeni istiqamətləri”, “Yüksəkmolekullu birləşmələr kimyası sahəsində tanınmış alim”, “Laçın və Kəlbəcərin at-qoç təsvirli abidələri”, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tarixi ədalətin bərpası deməkdir” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az