sa sa 1596
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb + Foto Yan 05, 2021 | 16:31 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb. İnstitutda “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və "Nanobiotexnologiya” ixtisasları üzrə I və II kurslarda təhsil alan 15 magistrant imtahanlara buraxılıb. Bu gün Zoom platforması üzərində “Mühəndislik enzimologiyası”, “Genomiks” və “Stresin biokimyası” ixtisas fənləri üzrə imtahanlar keçirilib. İmtahanlarda AMEA-nın vitse-prezidenti, institut direktoru akademik İradə Hüseynova iştirak edib və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb. Eyni zamanda AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov onlayn imtahanlarda iştirak edərək sessiyanın təşkilindən razı qaldığını bildirib.