sa sa 2416
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konqresdə iştirak etmişlər + Foto Sen 05, 2018 | 14:56 / Ezamiyyətlər

1-4 sentyabr 2018-ci il tarixlərində İstanbulda Swissotel The Bosphorus hotelində “TURAZ Akademi Adli Bilimler, Adli Tıp ve Patoloji Anatomi” üzrə konqres keçirilmişdir. Konqresin həmsədrləri Azərbaycan tərəfindən  Birliyin direktoru prof., dr. Ədalət Həsənov və Türkiyə tərəfindən isə prof., dr. Osman Çelbiş idi. Konqresdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, “Genomun quruluşu və ekspressiyası” laboratoriyasının müdiri, b.ü.f.d. Ələmdar Məmmədov, “Bioinformatika” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Nurməmməd Mustafayev və institutun dissertantı Məmmədov Elşən iştirak etmişlər.

Konqresdə zərərçəkən və günahkarın hüquqlarının qorunması, DNT-daktiloskopiya, mübahisəli atalıq/analıq, şəxsiyyətin identifikasiyası, kütləvi qəbiristanlıqlar və onların açılması zamanı ilkin görüləcək işlər, azyaşlı uşaqlara və qadınlara qarşı şiddət zamanı onlara ilkin psixoloji yardımın göstərilməsi və s. üzrə  Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Rusiyanın, Bosniya və Hersoqovinanın və Uqandanın  yüksək ixtisaslı əməkdaşları iştirak edirdilər. 02 sentyabr 2018-ci il tarixində konqresdə institutun əməkdaşı N. Mustafayev "Population-Genetic Data for 15 Autosomal STR Markers and Comparative İnterpopulation Studies of Azerbaijan Population Based on These Markers"  mövzusunda  çıxışı  iştirakçılar tərəfindən maraqla qarşılanmış və müzakirələr aparılmışdır.

Mövzu ilə bağlı konqres iştirakçıları-İstanbul Universitetinin Adli-Tıp İnstitutunun direktoru prof., dr. Faruk Aşıcıoğlu, Kayseri Dövlət xəstəxanasının baş həkimi dr. İsmail Altıntop, Bosniya-Hersoqovinanın Məhkəmə-Tibbi Ekspertiza Departamentinin müdiri  Dr. Nermin Sarajliç, Çukurova Universitetinin Bağımlılık və Adli Bilimler İnstitutunun müdiri prof., dr. Mete Korkut Gülmen, Özbəkistanın Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin sədri Zafar Ulugov, Astana Məhkəmə-Tibbi Elmlər İnstitutunun direktoru Zhambul Bekzhanov, Başqırdıstan Dövlət Universitetinin Kriminalistika İnstitutunun kafedra müdiri Farut Aminev ilə uyğun elmi istiqamətlər üzrə birgə elmi əməkdaşlıq əlaqələrinin yaradılması, gənc kadrların hazırlanması, birgə layihələrin işlənməsi ilə bağlı razılıq əldə olunmuşdur.