sa sa 1438
“Elm” qəzetinin yeni nömrəsi nəşr edilib Fev 08, 2021 | 08:59 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi nəşr edilib.

Qəzetin ilk səhifəsində ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” və “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamları yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA rəhbərliyinin Lütfi Zadənin Fəxri xiyabanda məzarını ziyarət etməsi, akademiyanın Rəyasət Heyətinin iclası, akademik Ramiz Mehdiyevin rus dilində çapdan çıxan “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlin təfərrüatlarına dair qiymətli mənbə kimi” adlı kitabının təqdimat mərasimi, Rusiya Elmlər Akademiyası prezidentinin müşaviri, hüquq elmləri doktoru, professor Rəşad Qurbanovla görüş, Ədəbiyyat İnstitutunun Elmi şurasının yığıncağı, “Horizon 2020” proqramı üzrə məlumatlandırma vebinarı, AMEA-da işçilərin attestasiyasının keçirilməsinə həsr olunan seminar-məşğələ, YT Parkda “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin fəaliyyətə başlaması haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Alimlərimiz 2020-ci ildə fundamental və tətbiqi kimya sahəsində bir çox uğurlar qazanıblar”, “Ekoloji problemlərin həllinə töhfə verən alim”, “Musiqimizin beşiyi” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az