sa sa 1655
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib + Foto Fev 09, 2021 | 13:53 / Konfranslar, iclaslar

Fevralın 9-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib. Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. O, Karbonun fotosintetik assimilyasiyanın enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Həsən Babayevi 60 illik yubileyi və Bioadaptasiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanı Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibəti ilə institutun kollektivi adından təbrik edib. İclasda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hüceyrənin membran sistemləri laboratoriyasının adının və istiqamətinin dəyişdirilərək onun bazasında yaradılan Populyasiya genomiksi laboratoriyasının müdiri vəzifəsinə biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevin təyin olunması məsələsi, institutda çalışan əməkdaşların attestasiyasının keçirilməsinin təşkili məsələsi müzakirə olunub. Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib. Müzakirələrdə AMEA-nın müxbir üzvləri N.Quliyev, İ.Əzizov, biologiya elmləri doktorları S.Süleymanov, S.İbadullayeva, Y.Feyziyev, Ş.Bayramov, və b. çıxış edərək öz təkliflərini bildiriblər.