sa sa 1428
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktorantların attestasiyası keçirilib + Foto Fev 22, 2021 | 16:57 / Mühüm hadisələr

22 fevral 2021-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorantların attestasiyası Zoom platforması üzərində  keçirilib.

İnstitutun direktoru akademik İradə Hüseynovanın 08 fevral 2021-ci il tarixli 22 saylı əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorantlar 2020-ci tədris ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat verib, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübə keçmələrdə iştirak, çap işləri müzakirə edilib. Attestasiya Komissiyası tərəfindən fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.

Eyni zamanda institutun təhsil müddəti başa vurmuş doktorantları da komissiya qarşısında dissertasiya işlərinin cari vəziyyəti haqda məruzə ediblər. Komissiyanın sədri akademik İradə Hüseynova və üzvləri dissertasiya işlərinin qısa zaman müddətində tamamlanması üçün tövsiyyələrini bildiriblər.