sa sa 2351
Akademiyanın müxbir üzvü İbrahim Əzizov Ukraynada beynəlxalq konfransda iştirak etmişdir + Foto Sen 17, 2018 | 14:10 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü, professor İbrahim Vahab oğlu Əzizov Ukraynanın Yaremçe şəhərində “Orqanizmlərin eksperimental təkamülünün  amilləri mövzusunda” keçirilən XIII beynəlxalq konfransda iştirak etmişdir. Qeyd etmək lazımdır ki,  İbrahim Əzizov Ukrayna “Genetiklər və Seleksiyaçılar” cəmiyyətinin, həmin cəmiyyətin konfranslarının təşkilat komitəsinin və “Orqanizmlərin eksperimental təkamülünün amilləri” və “Vestnik” jurnallarının redaksiya heyətinin üzvüdür. İ.Əzizov həmçinin Ukraynanın “Radiobiologiya” cəmiyyətinin, həmin cəmiyyətin konfranslarının təşkilat komitəsinin üzvüdür.

 Ukrayna Genetikləri və Seleksiyaçılarının Vavilov adına elmi forumun,  Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetiklər İnstitutu, İvano-Frankovsk Milli Tibb Universitetinin Tibbi biologiya və tibbi genetika kafedrasının birgə təşkilatçılığı ilə keçirilən Konfrans Ukrayna Milli Elmlər Akademiyasının yaradılmasının 100 illiyinə həsr olunmuşdu. Konfransda genetika və seleksiya sahəsində çalışan tanınmış alimlərin məruzələri dinlənilmişdir. İ.Əzizovun “Natrium xlorid duzunun yumşaq buğda genotiplərinin morfoloji xüsusiyyətlərinə təsiri” mövzusunda etdiyi məruzə konfransda təşkil olunan komissiya tərəfindən ən yaxşı məruzə kimi qiymətləndirilmiş və diploma layiq görülmüşdür.

.