sa sa 2431
“18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Okt 18, 2018 | 15:44 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda “18 oktyabr - müstəqillik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru İradə Hüseynova Ulu öndər Heydər Əliyevin ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq, Müstəqil Azərbaycan Respublikasının əsasının möhkəm dayaqlar üzərində qoyulduğunu bildirmişdir. Bunun nəticəsidir ki, artıq Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında uğurlu siyasəti ilə özünəməxsus yer tutmuşdur. Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov bildirmişdir ki, 1991-ci il 30 avqustda Azərbaycan Ali Sovetində istiqlaliyyət haqqında bəyannamə, həmin ilin 18 oktyabrında  dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilmişdir. Qəbul olunan konstitusiya aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı qeyd edilmişdir. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Səftər Süleymanov, b.ü.e.d. Şahniyar Bayramov nitqlərində müstəqilliyimizin asan əldə olunmadığını, bu yolda ağır itkilər verdiyimizi bildirmiş, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu vurğulamışlar. İnstitutun gənc əməkdaşı, “Bitki biotexnologiyası” laboratoriyasının kiçik elmi işçisi Sadıqova Elnarə çıxışında qeyd etmişdir ki, biz gənclər müstəqilliyin ilk illərindən dövlətimizin inkişaf dövrlərinin şahidi olmuş və müstəqilliyimizlə bərabər böyümüşük. 

Tədbirin yekununda akademik İradə Hüseynova, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyini ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktı olduğunu vurğulamışdır.