sa sa 2137
Elmi şuranın növbəti iclası keçirildi + Foto Okt 26, 2018 | 10:42 / Konfranslar, iclaslar

26 oktyabr 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda elmi şuranın üzvləri, o cümlədən Beynəlxalq laboratoriyalar - "Hesablama struktur biologiyası" laboratoriyasının müdiri, prof. Qərib Mürşüdov və "Bionanotexnologiya" laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev iştirak etmişlər. Şurada aşağıdakı məsələlər: Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş “Aqrar tədqiqatlar” və “Türk dünyası araşdırmaları” məqsədli qrant müsabiqələri haqqında məlumat,  AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında bağlanmış “Niyyət Sazişindən” irəli gələn bəzi təxirəsalınmaz tədbirlərin görülməsi haqqında məsələlər, qış imtahan sessiyasının keçirilməsi haqqında AMEA prezidentinin Sərəncamı,   2018/2019-cu tədris ilində institutun magistraturasına qəbul  olunmuş tələbələrin dissertasiya mövzularının müəyyənləşdirilməsi və elmi rəhbərlərin təyin edilməsi ilə bağlı məsələ, H.Babayev, N.M.Quliyev və C.Ə.Əliyevin həmmüəllifliyi ilə “Bitkilərdə stresə adaptasiyanın biokimyəvi mexanizmləri” adlı monoqrafiyanın dərc olunmasının məqsədəuyğunluğu və digər təşkilati məsələlər müzakirə olundu.