sa sa 2237
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib + Foto Okt 31, 2018 | 09:00 / Konfranslar, iclaslar

Oktyabrın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib.

Öncə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Ziyarətçilər alim haqqında öz xatirələrini bölüşmüş və görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin heç zaman unudulmayacağını söyləmişlər.