sa sa 2196
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirildi + Foto Dek 07, 2018 | 14:45 / Konfranslar, iclaslar

Dekabrın 7-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilmişdir.

Əvvəlcə institutun direktoru akademik İradə  Hüseynova şura üzvlərini salamlayaraq bu iclasın 2018-ci ilin artıq son iclaslarından biri olduğunu vurğuladı. İ.Hüseynova dekabrın 17-18-də keçiriləcək Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş konfransdan bəhs etmiş, konfransda xarici ölkələrdən gələcək qonaqların, o cümlədən yaponiyalı alim Şenin iştirak edəcəyi barədə məlumat vermişdir. İ.Hüseynova həmçinin Cəlal Əliyev adına mükafat təsis ediləcəyini də şura üzvlərinin diqqətinə çatdırmışdır.

Daha sonra iclasda Zoologiya, Botanika, Mikrobiologiya, Fiziologiya, Fiziki kimyəvi biologiya ixtisaslarını əhatə edən biologiya üzrə fəlsəfə doktoru və elmlər doktoru adı almaq üçün görüləcək işlərin adları müzakirə edilmişdir.