sa sa 2084
Ümummilli Lider Heydər Əliyevin vəfatından 15 il ötür + Foto Dek 12, 2018 | 14:00 / Mühüm hadisələr

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür.

Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərinin  özündə birləşdirmiş nadir tarixi şəxsiyyət idi. O Azərbaycanın mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərlə xilaskar dövlət xadimi, milli lider kimi xalqımızın yaddaşına əbədi olaraq köçmüşdür.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə çətin vəzifəni məsuliyyətlə icra etmiş Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsi, böhranın qarşısını almış, siyasi sabitlik təmin etmişdir.

Müasir Azərbaycanın məhz Heydər Əliyevin – bütün həyatını doğma xalqına həsr etmiş, milli dövlətçiliyin əsasını qoymuş dahi liderin əməyinin bəhrəsidir.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Məhz onun səyi nəticəsində Azərbaycan müstəqil inkişaf, tərəqqi yolunda inamla addımlayaraq qısa zaman ərzində dünya dövlətləri arasında öz əhəmiyyətli yerini tutmuşdur.

Ümummilli lider Azərbaycan xalqının ürəyində həmişə yaşayacaq.