sa sa 2351
9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda beynəlxalq konfrans yekunlaşıb + Foto Dek 18, 2018 | 15:42 / Konfranslar, iclaslar

Dekabrın 18-i Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən 9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda beynəlxalq konfrans işini davam etdirmişdir. İnstitutun direktoru, akademiyanın vitse-prezidenti İradə Hüseynova konfransı giriş sözü ilə açaraq bildirmişdir ki, bu gün Cəlal Əliyeva həsr olunmuş konfrans məhz onun tərəfindən əsası qoyulan institutda öz işini başa vurur. İ. Hüseynova xüsusilə vurğulamışdır ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin akademik Cəlal Əliyev adına mükafat təsis etməsi onun dünya səviyyəli alim kimi tanındığının sübutudur və bu Azərbaycan elmi üçün əlamətdar hadisədir.

Konfransın davamında b.ü.e.d. Şahniyar Bayramov, b.ü.e.d. Səftər Süleymanov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Tofiq Allahverdiyev, institutun gənc alimi Səmra Mirzəyeva, institutun qonaqlarından Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqatlar İnstitutundan doktor Ahmad Kheyr-Pour maraqlı məruzələrlə çıxış etmiş və verilən sualları ətraflı cavablandırmışlar.

 Konfransdan sonra institutun qonaqları-Yaponiyanın Okayama Universitetinin Fənlərarası Elmi-Tədqiqatlarİnstitutunun professoru Jian-Ren
Şen, Yeni Zellandiyanın Otaqo Universitetinin Biokimya şöbəsinin professoru, Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye institutun laboratoriyalarını gəzmiş və aparılan elmi işlərlə tanış olmuşlar.