sa sa 2370
İnstitutun əməkdaşları Hindistanda keçirilən konfransda iştirak ediblər + Foto Noy 07, 2017 | 10:29 / Konfranslar, iclaslar

30 oktyabr-4 noyabr tarixlərində Hindistanın Heydərabad şəhərində "Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları" adlı beynəlxalq konfrans keçirilmişdir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, b.e.d. Süleyman Allahverdiyev tədbirin Azərbaycan üzrə koordinatorudur. İnstitutun direktoru, akademik İradə Hüseynova təşkilat komitəsinin tərkibinə daxil edilib. Konfransda insitutumuzun  əməkdaşları prof., b.ü.e.d Süleymanov Səftər, b.ü.f.d. Şahniyar Bayramov, Biotexnologiya ixtisası üzrə doktorant Səmayə Ataşova və 2-ci kurs magistr tələbəsi Elşən Musazadə iştirak etmişdir. Dünyanın 25 ölkəsindən 300-ə yaxın nümayəndə heyyətinin iştirak etdiyi konfransda fotosintezin və hidrogen enerjisi tədqiqi sahəsində çalışan tanınmış alimlərin məruzələri dinlənilmiş müzakirələri aparılmışdır. Elşən Musazadənin nümayiş etdiyi poster serftifikat və pul mükafatına layiq görülüb.