sa sa 2174
Qadınlar şurasının “Mənəviyyat və qadın məsuliyyəti” mövzusunda iclası keçirildi + Foto Yan 30, 2019 | 15:38 / Konfranslar, iclaslar

Qadınlar şurasının sədri b.ü.f.d. Fazilə Qasımova iclası giriş sözü ilə açaraq bildirmişdir ki, daxili aləmi saf, təmiz olan şəxs mənəviyyatlı şəxs hesab olunur. Mənəviyyatını qoruyan şəxs birinci növbədə özü-özünə qiymət verməlidir. Ailəsinin nüfuzunu qorumalı, vətənpərvər olmalı, gələcəyini qurmaq üçün qarşısına məqsəd qoymalıdır. Peşəsindən , sənətindən asılı olmadan cəmiyyətə fayda verməli, gələcəyini təmin etməyi bacarmalıdır.

Daha sonra institutun Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova bildirmişdir ki, məsuliyyətli, ağıllı qadın mənəviyyatca zəngin qadındır və daxili zəngin olan qadın hər zaman cəmiyyətə faydalıdır. Qadın gələcəyin anasıdır. O, öz mənəviyyatı, daxili aləmi, yüksək əxlaqi keyfiyyəti ilə cəmiyyət üçün yetişdirdiyi şəxsiyyətə müsbət örnək olmalıdır. O, çıxışında qadınlara daha çox səbrli və məsuliyyətli olmağı, ailə dəyərlərini qoruyub saxlamağı tövsiyyə etdi.

Qadınlar şurasının sədr müavini b.ü.f.d. Səadət Xudaverdiyeva qeyd etmişdir ki, qadınlar cəmiyyətdə və ailədə kişilərlə fərqli məsuliyyət zonasına malikdirlər. Kişilər karyerada, işdə uğurlara cavabdehlik daşıyırlar, qadınlar isə həyatda münasibətlərin-valideyn, övlad münasibətlərinin, ailədə tərəflərin münasibətlərinin, cəmiyyətdə onların övladlarının münasibətlərinin uğuruna cavabdehlik daşıyırlar.

İnstitutun doktorantı Nərgiz Bayramova qadınların elmdə, ictimai-siyasi həyatda rolu, fəaliyyəti barəsində danışdı.

Ümummili lider Heydər Əliyev demişdir ki, Azərbaycan qadını öz əqli, zəkası, isməti, əxlaqı, vətənpərvərliyi, sədaqəti, mətanəti və s.göstəriciləri ilə həmişə öndə olmuşdur.