30 yanvar 2019-cu il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2019-cu ildə yerinə yetiriləcək iş planları, 2018/2019-cu tədris ilində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına sənəd vermiş dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin müəyyən edilməsi və digər təşkilati məsələlər müzakirə olundu.