sa sa 2091
Bu gün dünya şöhrətli alim, görkəmli akademik Cəlal Əliyevin anım günüdür. + Foto Fev 01, 2019 | 21:49 / Mühüm hadisələr

Fevralın 1-i dünya şöhrətli alim, ictimai-siyasi xadim Cəlal Əliyevin vəfatının üçüncü ildönümüdür. Bu münasibətlə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi, akademikin tələbələri Fəxri Xiyabanda mərhumun məzarını ziyarət etmiş, onun məzarı önünə gül çələngləri və əklillər qoymuşlar. Böyük alim C.Əliyevin vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu qeyd edən Akademik İradə Hüseynova onun müsbət insani keyfiyyətlərindən, zəngin mənəviyyatından, biologiya elmindəki misilsiz xidmətlərindən, davamçılarına qoyduğu zəngin irsdən bəhs etmiş, tələbələrinin öz qayğıkeş müəllimlərini daim böyük ehtiramla yad etdiyini, xatirəsini uca tutduğunu və onun elmi ənənələrini layiqincə davam etdirdiyini bildirmişdir.