sa sa 2261
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında MBBI-nin gənc alimi mükafatlandırılıb + Foto Fev 04, 2019 | 14:54 / Mühüm hadisələr

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.

Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktoru Mirzəyeva Səmra 2018-ci ildə uğurlu fəaliyyətinə görə diplom və mükafatla təltif olundu. Mirzəyeva Səmra Elmin İnkişafı Fondunun qrant müsabiqələrinin qalibi olmuş layihələrdə rəhbər (GAM-3, S.Mirzəyeva) qismində iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.