sa sa 2145
Magistrantların attestasiyası keçirilmişdir. + Foto Fev 04, 2019 | 16:18 / Mühüm hadisələr

04 fevral 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların attestasiyası keçirilmişdir. Hazırda institutda “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə 12 magistrant hazırlanır. Cari tədris ilindən eyni zamanda “Molekulyar biologiya” ixtisası rus bölməsi üzrə də magistr hazırlığına başlanılmışdır. Qış imtahan sessiyası ərzində institutda 36 ixtisas fənni üzrə imtahan keçirilmişdir. İnstitut direktoru akademik İradə Hüseynovanın 01 fevral 2019-cu il tarixli 36 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılmışdır. İclasda hər bir magistrantın imtahan nəticələrindən əlavə fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, konfranslarda iştirak və çap işləri müzakirə edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirildilər.