sa sa 2357
«Bitkilərin patogenlərə qarşı cavab reaksiyalarının molekulyar aspektləri, bu proseslərdə kiçik RNT- lərin rolu» mövzusunda seminar keçirilmişdir + Foto Yan 28, 2019 | 10:20 / Seminarlar

28 yanvar tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisib.ü.f.Nərgiz Sultanova «Bitkilərin patogenlərə qarşı cavab reaksiyalarının molekulyar aspektləri, bu proseslərdə kiçik RNT- lərin rolu» mövzusunda çıxış etmişdir. O, bitkilərdə müxtəlif biotik stres amillərinə qarşı induksiya olunan müdafiə mexanizmləri, müxtəlif siqnal sistemlər, patogenlik və virulentlik, xəstəliyə davamlılıq induktorları (XDİ) genləri, fitoimmunitet və onun növləri, patogenezlə əlaqəli zülallar, hiperhəssaslıq reaksiyası haqqında ətraflı məlumat verdi. Eyni zamanda bitkilərdə viruslara qarşı müdafiə mexanizmi kimi RNT interferensiyası və bu prosesdə iştirak edən kiçik interferensiyaedici RNT-lər (siRNA) haqqında geniş məlumat verdi. Son dövrlərdə RNT interferensiyasından irsi xəstəliklərin, müxtəlif neyrodegenerativ xəstəliklər, bədxassəli şişlər, eyni zamanda virus əleyhinə terapiyalarda geniş istifadə olunmasını və son illərdə bu sahədə aparılan tədqiqat işlərinin geniş vüsət alması haqqında danışdı. Seminarda sahib bitki-patogen qarşılıqlı təsirinin molekulyar mexanizmlərini və patogenlərə qarşı davamlılığı induksiya edən agentlərin təsirini öyrənməklə, patogenlərə qarşı effektiv mübarizə tədbirlərinin hazırlanması imkanlarından və gen mühəndisliyi strategiyasının istiqamətləndirilməsində əldə olunacaq perspektivlərdən danışıldı.