sa sa 1938
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə qızıl medala layiq görülüb + Foto Fev 19, 2019 | 09:39 / Mühüm hadisələr

“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vagif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.

 Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müx. üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.

Onlar bu mükafata “İnsan genomunda 2-istiqamətli promotorlar” layihəsinə görə layiq görülüblər.

 “Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə qarşı marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.