sa sa 2000
Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında 34 dissertasiya mövzusu təsdiqlənib + Foto Fev 20, 2019 | 16:39 / Konfranslar, iclaslar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə ilk iclası keçirilib.

Akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda 20-si elmlər doktorluğu, 20-si isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 40 dissertasiya mövzusu müzakirə edilib.

Müzakirələrdə şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, şuranın üzvləri - akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Xəlil Qasımovİlham Ələkbərov, biologiya üzrə elmlər doktorları - Səftər SüleymanovSəyyarə İbadullayevaElman İsgəndərYaşar Feyziyev, Arif Mehdiyev, prof. Canbaxış Nəcəfov və digərləri iştirak edərək, mövzularla bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasda müzakirə edilən 40 mövzudan 16-sı elmlər, 18-i fəlsəfə doktoru üzrə olmaqla 34 mövzu müəyyən dəyişikliklər edilməklə təsdiqlənib, 6 mövzu isə yenidən baxılması üçün uyğun təşkilatlara qaytarılıb.