sa sa 2013
Elmi şuranın növbəti iclası keçirilmişdir + Foto Fev 21, 2019 | 16:23 / Konfranslar, iclaslar

21 fevral 2019-cu il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti yığıncağı keçirildi. Yığıncaqda institutun doktorant və dissertantlarının 2019-cu il üçün elmi-tədqiqat planları müzakirə olundu. İnstitutun elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının 2018-ci il üçün hesabatları dinlənildi. “Magistr-2019” və “Gənc alimlər elmdə”müsabiqələrində iştirak etmək üçün namizədlər təklif olundu. Həmçinin martın 27-də keçiriləcək Elm günü münasibətilə tədbirlər planı və digər təşkilati məsələlər müzakirə olundu.