sa sa 2293
"8 Mart - Beynəlxalq qadınlar günü" münasibətilə tədbir keçirilmişdir. + Foto Mart 07, 2019 | 15:56 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti İradə Hüseynova institutun fəaliyyətində qadın əməkdaşların böyük rola malik olduğunu vurğulayaraq, digər sahələrdə olduğu kimi biologiya elmində də xanımların qazandıqları uğurları xüsusilə qeyd etmişdir. İradə xanım çıxışında dövlətçilik tariximizdə ilk diplomat xanım Sara xatın, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın olduğunu bildirərək, Azərbaycan xanımının həm elmdə, həm də mədəniyyət və siyasətdə müstəsna rola malik olduğunu vurğulamışdır. Akademik Şərqdə ilk dəfə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin Azərbaycan qadınının mədəni səviyyəsinin və intelektual potensialının aydın təzahürü olduğunu bildirmişdir. Tədbirdə institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev YAP-ın Səbail rayon təşkilatı adından akademik İradə Hüseynovaya fəxri fərman təqdim edərək, təşkilatın sədri Şəmsəddin Hacıyevin adından təbriklərini bildirmişdir. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini b.ü.f.d.Ələmdar Məmmədov, institutun həmkarlar ittifaqının sədri b.ü.e.d. Həsən Babayev, institutun beynəlxalq laboratoriyalarından biri-“Bionanotexnologiya” laboratoriyasının müdiri b.e.d. Süleyman Allahverdiyev və başqaları çıxış edərək öz səmimi arzularını xanımlara çatdırmışlar. Tədbirdə institutun qadın əməkdaşlarına hədiyyələr təqdim olunmuşdur. Daha sonra tədbir şənliklə davam etmişdir.