sa sa 2529
Molekulyar Biologiya və Biotexnologiyalar institutunun əməkdaşı Beynəlxalq Elmi Konfransda iştirak etmişdir + Foto May 11, 2017 | 11:21 / Konfranslar, iclaslar

Molekulyar Biomühəndislik laboratoriyasının kiçik elmi işçisi Paşayeva Aynurə Nağı qızı 11-12 may 2017-ci il tarixində Tacikistan Respublikası, Düşənbə şəhərində keçirilən “Elm, İnnovasiya və texnologiyaların inkişafında gənc alimlərin rolu” adlı II Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir. MDB ölkələrinin gənc alimlər şuralarının sədrlərinin, həmçinin digər ölkələrin gənc tədqiqatçılarının qatıldığı beynəlxalq tədbirin may ayının 11-də baş tutan plenar iclasında təşkilatçı ölkənin müvafiq fondlarının, təhsil müəssisələrinin bir sıra rəsmi dövlət nümayəndələri iştirak etmişlər. Plenar iclasdan sonra “Təbiət Elmləri” bölməsində Aynurə Paşayeva “Xlorofil flüoressensiyasının qeyri-fotokimyəvi sönməsinə cavabdeh olan fotosintetik kompleks zülallarının paylanmasında baş verən dəyişikliklər” mövzusunda məruzə etmişdir.  Elmi tədqiqat işinin nəticələri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Konfransın ikinci günü keçirilən dəyirmi masa ətrafında istedadlı gənclərin dəstəklənməsi və tanınmasının vacibliyi, həmçinin elmin inkişafında onların böyük rolu, bu kimi beynəlxalq statuslu tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu vurğulanmışdır.