sa sa 224
Professor Süleyman Allahverdiyevin ADA Universitetində “Fotosintez prosesinə əsaslanan alternativ enerji” mövzusunda elmi seminarı keçirilib + Foto Mart 14, 2019 | 12:07 / Mühüm hadisələr

Martın 5-də ADA Universitetində Rusiya EA-nın Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, Rusiya EA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fiziki-texniki İnstitutunun professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyevin  “Fotosintez prosesinə əsaslanan alternativ enerji” mövzusunda elmi seminarı keçirilib. Seminarı akademik Roald Saqdeyev açaraq bugünkü mövzunun aktuallığı haqda məlumat verib. Məruzəçi alternativ enerji mənbələri, təbii fotosintez prosesinə əsaslanan fotosintezin biomimetik modellərinin yaradılması istiqamətində aparılan tədqiqatlar və onların gələcək perspektivləri barədə çıxış edib. Eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən işlərdən və kadr hazırlığından danışıb. Mövzu ətrafında geniş müzakirələr  aparılıb.

Tədbirin sonunda ADA Universitetinin rektoru, professor Hafiz Paşayev məruzənin əhəmiyyəti haqqında çıxış edib və belə seminarların keçirilməsinin elmin inkişafı üçün əhəmiyyətini qeyd edib.  

Seminarda elmi ictimaiyyətin nümayəndələri iştirak edib.